BolgeXeber.Com » Xəbərlər » Goranboyda sel yenə fəsadlar törətdi

Goranboyda sel yenə fəsadlar törətdi

1-07-2023, 11:30
Oxunub: 960
Bildiririk ki, Goranboy rayonu ərazisində leysan yağışları nəticəsində yaranan sel suları rayonun Nizami kəndində 35,0 ha, Dəyirmanlar kəndində 15,0 ha əkin sahələrinə və 57 ev təsərrüfatı olan Azad kəndinin bütün həyətyanı və 20,0 ha əkin sahəsinə, 110 şagird yerlik Dəyirmanlar kənd tam orta məktəbinin binasına ziyan vurmuşdur. Azad kəndi, bütünlüklə sel altında qalmış, Kürəkçay, Gorançay və Qaraçay çaylarında suyun səviyyəsi xeyli artmışdır.Bununla bağlı, rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası gecə saatlarından ərazidə olmuş, müvafiq texnikaları əraziyə cəlb etməklə fəsadların aradan qaldırılması istiqamətində operativ olaraq zəruri tədbirlər görülmüşdür.

Bolgə.TV xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və aidiyyəti xidmət sahələrinin rəhbərləri ilə birgə, sel sularından zərərşəkmiş ərazilərdə oldu. Fəsadların aradan qaldırılması məqsədi ilə operativ və zəruri tədbirlərin görülməsi, təsərrüfatlara dəymiş ziyanın müəyyən edilməsi istiqamətlərində müvafiq işlərin aparılmasını bildirən İcra Başçısı, bununla bağlı tapşırıq və tövsiyyələrini bildirdi.

Hazırda Komissiya tərəfindən ərazilərdə fəsadların aradan qaldırılması istiqamətlərində əməli tədbirlər davam etdirilir.