BolgeXeber.Com » Xəbərlər » İcazəsiz Həcc ziyarətinə cəhd edən insanlar saxlanılıb

İcazəsiz Həcc ziyarətinə cəhd edən insanlar saxlanılıb

3-07-2023, 10:54
Oxunub: 1 064
Səudiyyə Ərəbistanında icazəsiz Həcc ziyarətinə cəhd edən 17 mindən çox insan saxlanılıb.

Bolgə.TV xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

“Onlardan təxminən 9 min 500 nəfəri yaşayış, iş və sərhəd təhlükəsizliyi qaydalarını pozub. Bundan başqa, Səudiyyə Ərəbistanı hakimiyyəti zəvvarların Həcc ziyarətinə qeyri-qanuni daşınmasına görə 33 nəfəri həbs edib”, - məlumatda deyilir.