BolgeXeber.Com » Xəbərlər » Zəlzələ ilə bağlı təcili yardıma neçə nəfər müraciət edib?

Zəlzələ ilə bağlı təcili yardıma neçə nəfər müraciət edib?

4-07-2023, 10:53
Oxunub: 2 088
İyulun 4-ü saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib.

Bolgə.TV xəbər verir ki, TƏBİB-dən bildirilib müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub.

Qeyd olunub ki, müraciət edənlərdən 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub:

“Müraciətlər əsasən arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub”.