BolgeXeber.Com » Xəbərlər » Azərbaycan hansı ölkəyə qeyri-neft ixracını azaldıb?

Azərbaycan hansı ölkəyə qeyri-neft ixracını azaldıb?

6-07-2023, 18:27
Oxunub: 1 664
Azərbaycan bu ilin yanvar-may aylarında İtaliyaya 20.5 milyon dollar dəyərində qeyri-neft sektoru məhsulları ixrac edib.

Bolgə.TV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 milyon dollar və ya 39,3% azdır.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycanın qeyri-neft məhsullarının İtaliyaya ixracı 33.9 milyon dollar dəyərində olub.