BolgeXeber.Com » Xəbərlər » “Beynəlxalq Ədalət Məhkəməsinin qərarını alqışlayırıq” - Azərbaycan XİN

“Beynəlxalq Ədalət Məhkəməsinin qərarını alqışlayırıq” - Azərbaycan XİN

7-07-2023, 15:47
Oxunub: 1 896
“Beynəlxalq Ədalət Məhkəməsinin qərarını alqışlayırıq”.

Bolgə.TV xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov tviterdə yazıb.

O bildirib ki, bu, məhkəmənin yekdil qərarı olub.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın vəsatətini rədd edib.