BolgeXeber.Com » Xəbərlər » Naxçıvanda aviakassaların iş vaxtı artırılıb

Naxçıvanda aviakassaların iş vaxtı artırılıb

7-07-2023, 18:15
Oxunub: 2 128
Naxçıvan şəhərində aviakassaların iş vaxtı 2 saat artırılıb.

Bolgə.TV bildirir ki, bu barədə Naxçıvan Beynəlxalq Hava Limanından bildirilib.

Məlumata görə, bu addım sərnişin sıxlığı nəzərə alınaraq atılıb. Beləliklə, bundan sonra aviakassalar saat 09:00-dan 19:00-a qədər deyil, saat 07:00-dan 19:00-a qədər işləyəcək.

Paralel oalraq aviabiletlərin onlayn satışı da həyata keçirilir.