BolgeXeber.Com » Xəbərlər » Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov 7 iyul 2023-cü il tarixdə rayon sakinlərinin müraciətlərini dinlədi

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov 7 iyul 2023-cü il tarixdə rayon sakinlərinin müraciətlərini dinlədi

7-07-2023, 17:00
Oxunub: 2 608
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov  keçirdiyi qəbul zamanı müraciət edən 16 nəfər rayon sakinini dinləyərək, onların problemlərinin qanunamüvafiq qaydada  aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verib. Qəbul zamanı bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən  müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.

Bolgə.TV xəbər verir ki, vətəndaşlar əsasən maddi köməklik olunması, əkin sahələrinin suvarılması, məşğulluğun təmin edilməsi, torpaq məsələləri və eləcə də digər sosial müdafiə məsələlərini ilə bağlı müraciətlər edib.

Qəbulda Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları da iştirak edib.