Olimpiya çempionuna vəzifə verildi
8-07-2023, 13:48
Oxunub: 2 080
Sərbəst güləş üzrə Olimpiya və Avropa çempionu, dünya çempionatının mükafatçısı Toğrul Əsgərovun gözlənilən təyinatı baş tutub.
Bolgə.TV Prosport.az-a istinadən xəbər verir ki, 30 yaşlı idmançı trikosunu çıxararaq məşqçiliyə başlayıb.
O, qızlardan ibarət U-17 və U-20 millilərimizə böyük məşqçi təyin olunub. Əslində demək olar ki, o çoxdan bu vəzifəni icra edirdi. Sadəcə, təyinat yenicə rəsmiləşib.
Qeyd edək ki, T. Əsgərov hazırda həmin millilərlə Göygöldə təlim-məşq toplanışında iştirak edir.