BolgeXeber.Com » Xəbərlər » Elşad Hacıyevə yeni yüksək vəzifə verildi

Elşad Hacıyevə yeni yüksək vəzifə verildi

11-07-2023, 13:10
Oxunub: 2 608
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.

Bolgə.TV Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, daha əvvəl DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov idi. O, ötən gün xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. E.Hacıyev isə nazirliyin Mətbuat Xidmətinin şöbə rəisidir.