BolgeXeber.Com » Xəbərlər » Zeyvə kəndində bərpa edilmiş körpü istifadəyə verildi

Zeyvə kəndində bərpa edilmiş körpü istifadəyə verildi

11-07-2023, 10:20
Oxunub: 1 768
Bolgə.TV xəbər verir ki, Goranboy RİH Başçısının Zeyvə kəndində səyyar qəbulu zamanı vətəndaşlar, sel suları nəticəsində yararsız hala düşən  Qaraçay çayı üzərindəki  körpünün bərpası ilə bağlı müraciətlər  etmişdi. Bununla bağlı, RİH başçısı Məhərrəm Quliyevin  aidiyyatı məsul şəxslərlə birgə,  əraziyə yerində baxış keçirmiş, problemin operativ həlli məqsədi ilə müvafiq qurumlara  tapşırıqlarını bildirmişdi. Bu məqsədlə, həmin körpü bərpa edilərək əhalinin istifadəsinə verilmiş və mövcud problem həll edilmişdir.