BolgeXeber.Com » Xəbərlər » Üçtərəfli görüşün baş tutacağı tarix müəyyənləşdi

Üçtərəfli görüşün baş tutacağı tarix müəyyənləşdi

14-07-2023, 14:27
Oxunub: 936
İyulun 15-i Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında Brüsseldə görüş keçiriləcək.

Bolgə.TV xəbər verir ki, bu barədə Aİ Şurasının Mətbuat xidməti məlumat yayıb.

Görüş yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) planlaşdırılır.

Görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair məsələlər müzakirə olunacaq.