BolgeXeber.Com » Xəbərlər » Bakıda dəhşətli hadisə baş verdi

Bakıda dəhşətli hadisə baş verdi

14-07-2023, 17:35
Oxunub: 1 056
Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bolgə.TV xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində baş verib. Sabirabad rayon sakini B.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gədəbəy rayon sakini L.İbrahimovanı və qızını vurub. Nəticədə hər iki piyada hadisə yerində ölüb.

Araşdırma aparılır.