BolgeXeber.Com » Xəbərlər » Goranboylu şagird “Əlaçı” televiziya intellektual oynunun qalibi olub

Goranboylu şagird “Əlaçı” televiziya intellektual oynunun qalibi olub

15-07-2023, 10:50
Oxunub: 776
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən İctimai Televiziyada keçirilən “Əlaçı” intellektual oyununda Goranboy rayonu üzrə 30 şagird iştirak edib və  onlardan 2 şagird final mərhələsinə seçilib. Finalda  mübarizə aparan, Zahid Rüstəmov adına Yolpaq kənd tam orta məktəbin X sinif şagirdi Paşazadə Əli Səbuhi oğlu intellektual oynunun qalibi olub.

Bolgə.TV xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bununla bağlı,  Paşazadə Əli Səbuhi oğlunu RİH-də qəbul etdi,  təhsilində böyük uğurlar arzuladı və qalibiyyəti ilə bağlı təbrik edərək ona  rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanını təqdim etdi.