BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

17-07-2023, 11:00
Oxunub: 864
Cəlilabadda zəlzələ olub.

Bolgə.TV xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:27-də Cəlilabad stansiyasından 9 km qərbdə, Cəlilabad rayonunda zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.0, dərinliyi 18 km olub.

Zəlzələ hiss olunmayıb.