BolgeXeber.Com » Xəbərlər » Goranboyda İcra Başçısı yanında Şuranın növbəti iclası keçirildi, 6 ayda görülən işlər və həlli vacib məsələlər geniş müzakirə edildi

Goranboyda İcra Başçısı yanında Şuranın növbəti iclası keçirildi, 6 ayda görülən işlər və həlli vacib məsələlər geniş müzakirə edildi

17-07-2023, 14:40
Oxunub: 800
Bolgə.TV xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə  Başçı yanında Şuranın növbəti iclası keçirildi. İclasda rayonun xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və  bir qrup rayon fəalları iştirak etdilər. Şurada, “2023-cü ilin 1-ci  6 ayı ərzində rayonun sosial-iqtisadi inkişafı, ictimai-siyasi və mədəni sahəsində görülmüş işlər və  bu sahədə verilmiş tapşırıqların icra vəziyyəti barədə”, “Rayonda qanunsuz tikintilərin qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə”, “Şəhid ailələri və qazilərlə aparılan işlərin təhlili barədə”,  “Dövlət və Bələdiyyə mülkiyyətinə aid torpaqlardan istifadə vəziyyəti”   və  rayonun həlli vacib məsələləri geniş müzakirə edildi.  Nəzərdə tutulan məsələlərin icrasını təmin etmək məqsədi ilə müvafiq işlərin operativ həyata keçirilməsi və icra vəziyyəti barədə hesabatların verilməsi ilə bağlı, İcra Başçısı tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verildi.