BolgeXeber.Com » Xəbərlər » 10 günlük körpəsini zibil qutusuna atan qadın kimdir?

10 günlük körpəsini zibil qutusuna atan qadın kimdir?

18-07-2023, 11:00
Oxunub: 2 144
Bakıda 10-15 günlük küçəyə atılan uşaq barədə bəzi detallar məlum olub.

Bolgə.TV xəbər verir ki, uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər.

Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.

Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib.

Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.