BolgeXeber.Com » Xəbərlər » Goranboyda İcra Başçısı Tap Qaraqoyunlu kəndində Həcc ziyarətindən qayıdan Milli Qəhrəman ailəsini evində ziyarət etdi

Goranboyda İcra Başçısı Tap Qaraqoyunlu kəndində Həcc ziyarətindən qayıdan Milli Qəhrəman ailəsini evində ziyarət etdi

18-07-2023, 12:35
Oxunub: 840
Bolgə.TV xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətininn başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və bir qrup ictimai fəallarla birgə, Tap Qaraqoyunlu kəndindən 1-ci Qarabağ müharibəsi şəhidimiz, Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılovanı Həcc ziyarətindən qayıtması münasibəti ilə evində ziyarət etdi. İcra Başçısı, şəhid ailəsinin həyətində bir qrup şəhid ailəsi, müharibə iştirakçısı və kənd ağsaqqalları ilə də görüşdü, onlarla səmimi söhbət etdi, kənd sakinlərinin ümumi sosial qayğıları ilə maraqlandı.