BolgeXeber.Com » Xəbərlər » Direktorların işə qəbulu üzrə nəticələr açıqlanıb

Direktorların işə qəbulu üzrə nəticələr açıqlanıb

19-07-2023, 18:00
Oxunub: 1 456
Direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

Bolgə.TV xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, cari il iyulun 6-da keçirilən imtahanların nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Qeyd edək ki, müsabiqə üzrə imtahanda 1 524 nəfər iştirak edib. Test imtahanında sualların 50 faizini düzgün cavablandıran 716 namizəd esse mərhələsində iştirak hüququ qazanıb.