BolgeXeber.Com » Xəbərlər » Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

21-07-2023, 17:30
Oxunub: 944
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Bolgə.TV Rusiya XİN-ə istinadən xəbər verir ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas istiqamətləri üzrə birgə işin intensivləşdirilməsi yollarını müzakirə ediblər.

Əlavə təmaslar barədə razılığa gəliblər.