BolgeXeber.Com » Xəbərlər » Bakıda bu küçədə sürət həddi endirildi

Bakıda bu küçədə sürət həddi endirildi

25-07-2023, 15:41
Oxunub: 1 104
Bakının Yusif Vəzir Çəmənzəminli küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

Bolgə.TV xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Qurum hərəkət təhlükəsizliyini qorumaq üçün sürücülərdən sürət hədlərinə riayət etmələrini xahiş edir.

Xatırladaq ki, beş gün öncə paytaxtın Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrində də sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.