BolgeXeber.Com » Xəbərlər » Ər-arvad qəzaya düşdü: Qadının boynu sındı

Ər-arvad qəzaya düşdü: Qadının boynu sındı

26-07-2023, 09:52
Oxunub: 1 032
Cəbrayıl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bolgə.TV xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsinə 1974-cü il təvəllüdlü Vidadi Camal oğlu Xudiyev və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Pərvanə Əhməd qızı Xudiyeva xəsarət alıb.

Yaralılar Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı Pərvanə Xudiyevaya boyun fəqərə sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.