BolgeXeber.Com » Xəbərlər » Qoca Səmədov azadlığa buraxıldı

Qoca Səmədov azadlığa buraxıldı

26-07-2023, 12:41
Oxunub: 968
Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxılıb.

Bolgə.TV xəbər verir ki, bu barədə Report-a onun vəkili Elnur Vəliyev məlumat verib.

Onun sözlərinə görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.