BolgeXeber.Com » Xəbərlər » Şəmkir bazarında yanğın baş verdi

Şəmkir bazarında yanğın baş verdi

27-07-2023, 09:34
Oxunub: 936
Şəmkirdə yanğın hadisəsi baş verib.

Bolgə.TV xəbər verir ki, hadisə rayonda fəaliyyət göstərən bazarların birində qeydə alınıb.

Belə ki, rayonun mərkəzi bazarında Həbibli 1 MMC-nin ərazisində 1998-ci il təvəllüdlü Hidayət Namiq oğlu Cəfərova məxsus ümumi sahəsi 40 kv.m olan dəmir konstruksiyadan ibarət kababxanada anidən yanğın olub.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı kababxana kimi fəliyyət göstərən obyektin yanar konstruksiyaları və içərisində olan 1 ədəd soyuducu, qaz piltəsi, stol, stul və digər əşyalar yanıb.

Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından tam mühafizə olunub.

Hadisənin səbəbləri araşdırılır.