BolgeXeber.Com » Xəbərlər » ETSN-nin sabiq Regional İdarə rəisi ilə bağlı HƏQİQƏT: “Cinayət işinin başlanması qərarı rədd edilib” – DİN-dən REAKSİYA
ETSN-nin sabiq Regional İdarə rəisi ilə bağlı HƏQİQƏT: “Cinayət işinin başlanması qərarı rədd edilib” – DİN-dən REAKSİYA
28-07-2023, 11:19
Oxunub: 2 824
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 8 saylı Regional İdarəsinin keçmiş rəisi haqqında yayılan məlumatın həqiqəti əks etdirmədiyi təsdiqlənib.
ETSN-nin Mingəçevir şəhərində yerləşən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq rəisi Tofiq Əsgərovun 2023-cü il aprelin 1-də döyülməsi barədə məlumat yayılmış və o bu informasiyanın dövriyyəyə buraxılmasından sonra tutduğu vəzifədən azad edilmişdi.
Həmin məlumata yerində reaksiya verən Daxili İşlər Nazirliyindən (DİN) sözügedən hadisənin araşdırılacağı qeyd olunmuşdu.
Haqqında danışılan olayın araşdırılmasını diqqət mərkəzində saxlayan Bolgə.TV-yə bu barədə DİN-ə ünvanladığı sorğuya Nazirliyin Mətbuat Xidmətindən verilən operariv cavabda hadisə ilə əlaqədar təyin edilmiş ekspertiza və aparılmış araşdırma nəticəsində Tofiq Əsgərovun döyülməsi barədə məlumatın öz təsdiqini tapmadığı diqqətə çatdırılıb:
“Onun kənar şəxslər tərəfindən döyülməsi təsdiqini tapmadığından cinayət işinin başlanması barədə qərar rədd edilib”.
Biz də Bolgə.TV olaraq Tofiq Əsgərovla əlaqə saxladıq, Tofiq Əsgərov işdən çıxması ilə bağlı heçbir açıqlama verməsə də bildirdi ki, belə bir cinayət işindən söz gedə bilməz.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər