BolgeXeber.Com » Xəbərlər » Füzulidə silah-sursat aşkarlandı

Füzulidə silah-sursat aşkarlandı

29-07-2023, 11:20
Oxunub: 2 232
Füzuli rayonunda silah-sursat aşkar edilib.

Bolgə.TV xəbər verir ki,DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində hərbi silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 10 avtomat, 4 qumbaraatan, 2 pulemyot və 1510 müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.