BolgeXeber.Com » Xəbərlər » Bu imtahanların vaxtı dəyişdirildi

Bu imtahanların vaxtı dəyişdirildi

31-07-2023, 13:57
Oxunub: 992
Xaricdə ali təhsil alanların peşə tanınması üzrə keçiriləcək imtahanın vaxtı dəyişib.

Bolgə.TV xəbər verir ki, bununla bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi peşə tanınması üzrə imtahanda iştirak edəcək xarici ölkələrdə ali təhsil almış şəxslərə müraciət edib.

Qeyd olunub ki, iyulun 29-da müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün nəzərdə tutulan peşə tanınması üzrə imtahan texniki səbəblərdən Dövlət İmtahan Mərkəzi tərəfindən 1 avqust 2023-cü il tarixinə keçirilib.

İmtahanlar müvafiq ixtisaslar üzrə saat 11:00 və 14:00-da baş tutacaq.