BolgeXeber.Com » Xəbərlər » Baş nazirdən Mədəniyyət Nazirliyi ilə bağlı qərar

Baş nazirdən Mədəniyyət Nazirliyi ilə bağlı qərar

1-08-2023, 11:10
Oxunub: 1 032
Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib.

Bolgə.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla kollegiyanın üzvlərinin sayı 9-dan 10-a çatdırılıb.

Bundan əlavə, “Kollegiyanın üzvləri:” bölməsindən “Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini” sözləri çıxarılıb.