BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda istifadəsiz qalmış avtobuslar dövriyyəyə qaytarılacaq

Azərbaycanda istifadəsiz qalmış avtobuslar dövriyyəyə qaytarılacaq

1-08-2023, 12:50
Oxunub: 1 032
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daşıyıcıların istifadə etmədiyi avtobusların dövriyyəyə qaytarılması istiqamətində iş aparır.

Bolgə.TV xəbər verir ki, bunu AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

"Daşıyıcıların çox sayda avtobusları tıxaca görə istifadə edilmir. AYNA şəhərin mobilliyinə dair araşdırma aparır. Artıq müəyyən nəticə var. Mobillliyə nail olmaq üçün iş aparılır", - deyə o qeyd edib.