BolgeXeber.Com » Xəbərlər » Bərdə rayonunun Qaraqoyunlu kəndinin su basmış ərazisinin sudan təmizlənməsi işləri başa çatdırılmışdır
Bərdə rayonunun Qaraqoyunlu kəndinin su basmış ərazisinin sudan təmizlənməsi işləri başa çatdırılmışdır
4-08-2023, 13:10
Oxunub: 1 768
Bolgə.TV xəbər verir ki, 02 avqust 2023-cü il tarixdə Yuxarı Qarabağ kanalının bəndinin bir hissəsinin uçması nəticəsində Bərdə rayonunun Qaraqoyunlu kəndinin su basmış ərazisinin sudan təmizlənməsi işləri başa çatdırılmışdır.
02 avqust 2023-cü il tarixdə Yuxarı Qarabağ kanalının bəndinin bir hissəsinin uçması nəticəsində Bərdə rayonunun Qaraqoyunlu kəndinin ərazisinə ziyan dəymiş, kənd qəbirstanlığı və yaşayış evlərinin zirzəmisini su basmışdır. Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində Bərdə rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və aidiyyəti qurumlar əraziyə cəlb olunmaqla bəndin uçmuş hissəsi bərpa olunmuşdur. Qaraqoyunlu kəndinin sakinlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi üçün tədbirlər görülmüş, FHN-nin Qarabağ Regional Mərkəzinin və rayon Fövqəladə Hallar Komissiyasının birgə əməkdaşlığı ilə texnika və avadanlıqlar cəlb olunaraq zirzəmi və həyətlərə dolmuş suların çəkilməsi, kəndin su kanallarının təmizlənməsi işləri aparılmışdır. Hazırda işlər başa çatdırılmışdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər