BolgeXeber.Com » Xəbərlər » Metroda saxlanılan şəxsdən heroin aşkarlandı

Metroda saxlanılan şəxsdən heroin aşkarlandı

5-08-2023, 11:17
Oxunub: 1 064
Metroda saxlanılan şəxsdən heroin və metamfetamin aşkar olunub.

Bolgə.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə borclu qismində axtarışda olan Sumqayıt şəhər sakini Nəsrəddin Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.