BolgeXeber.Com » Xəbərlər » Masallıda 10 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb

Masallıda 10 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb

8-08-2023, 09:20
Oxunub: 1 816
Masallı rayonunda 10 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb.

Bolgə.TV xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2013-cü il təvəllüdlü İsmayılov Amin Sərxan oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin yarıdımı ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.