BolgeXeber.Com » Xəbərlər » Naxçıvanda bu festival təxirə salındı - Səbəb

Naxçıvanda bu festival təxirə salındı - Səbəb

8-08-2023, 11:16
Oxunub: 1 120
Naxçıvanda keçiriləcək “Aqro festival” istilər səbəbindən təxirə salınıb.

Bolgə.TV xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, festival 8-9 sentyabr tarixlərində baş tutacaq.

Bildirilib ki, məqsəd həm festival iştirakçılarının rahatlığını təmin etmək, həm də sərgilənəcək məhsulların keyfiyyətini qorumaqdır.

Qeyd edək ki, festivalın avqustun 25 və 26-da keçiriləcəyi nəzərdə tutulmuşdu.