BolgeXeber.Com » Xəbərlər » Naxçıvanda banklara qoyulan əmanətlərin həcmi bu qədər artıb

Naxçıvanda banklara qoyulan əmanətlərin həcmi bu qədər artıb

9-08-2023, 12:37
Oxunub: 1 600
Bu ilin iyulun 1-ə Naxçıvanda fəaliyyət göstərən banklarda əhalidən cəlb edilmiş müddətli əmanətlərin həcmi 15 milyon 228,5 min manat təşkil edib.

Bolgə.TV bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan Muxtar Respublikası İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,2 % çoxdur.

Bunun 95,3 %-i və ya 14 milyon 507,8 min manatı milli valyutada, 4,7 %-i və ya 720,7 min manatı isə xarici valyutada qoyulub. Bu da, illik müqayisədə 22,1 % çox və 7,7 % azdır.