Bakı və Afina arasında birbaşa uçuşlar başlayır
9-08-2023, 19:00
Oxunub: 3 472
Yunanıstanın ən böyük aviaşirkəti - “Aegean Airlines” gələn aydan Afina-Bakı-Afina marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.
Bolgə.TV aviaşirkətə istinadən xəbər verir ki, reyslər sentyabrın 29-dan həyata keçiriləcək.
Uçuşlar bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. Birtərəfli biletlərin qiyməti 118 avrodan başlayır.