BolgeXeber.Com » Xəbərlər » Ermənistanın növbəti təxribatının qarşısı alındı

Ermənistanın növbəti təxribatının qarşısı alındı

16-08-2023, 11:15
Oxunub: 944
Avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bolgə.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib..

Təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib.