BolgeXeber.Com » Xəbərlər » Şamaxıda dağlıq ərazi yanır

Şamaxıda dağlıq ərazi yanır

17-08-2023, 15:45
Oxunub: 2 128

Şamaxıda dağlıq ərazi yanır.

Bu barədə Bolgə.TV-yə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir.