BolgeXeber.Com » Xəbərlər » Hərbçimiz yaralandı: Ordumuz tədbir görür

Hərbçimiz yaralandı: Ordumuz tədbir görür

22-08-2023, 12:05
Oxunub: 1 048
Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu İsmət Ramiz oğlu Nəzərov qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb.

Bolgə.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.

Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.