Təxribat: ermənilər ciddi itki verir
22-08-2023, 14:45
Oxunub: 1 656
Ermənilər təxribatlar nəticəsində məruz qaldıqları itkiləri yenə ictimaiyyətdən gizlətməyə çalışırlar.
Avqustun 21-də Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında saat 09:30-dan 10:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonunun Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulduğu, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirlərinin görüldüyü barədə məlumat verilmişdi.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusu tərəfindən görülən cavab tədbirləri nəticəsində Vanik Kazaryanın ağır yaralanması barədə məlumatı gizlətməyə çalışıb. Lakin axşam saatlarında erməni hərbi qulluqçunun ölməsi qarşı tərəfin planını alt-üst etdi. Belə ki, hərbi qulluqçu öldükdən sonra saat 22:30-da məlumat verməyə məcbur oldular ki, bir hərbi qulluqçusu saat 15:30-da ölümcül yaralanıb.
Qeyd edək ki, ermənilərin təxribatlarına verilən cavab nəticəsində itkiləri bununla yekunlaşmır.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes