BolgeXeber.Com » Xəbərlər » Xocalıda traktor minaya düşdü

Xocalıda traktor minaya düşdü

24-08-2023, 12:23
Oxunub: 3 480

Xocalıda traktor minaya düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 24-də saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman 1 ədəd traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Partlayış nəticəsində xəsarət alan yoxdur.

Araşdırma aparılır.