“Nar” “Stevie” mükafatına layiq görüldü
24-08-2023, 17:47
Oxunub: 2 272
Bolgə.TV xəbər verir ki, “Nar” “Stevie® International Business Awards” beynəlxalq biznes mükafatını qazandı.
“Nar” bu mükafatı “Müştəri məmnuniyyəti” nominasiyasında, son 2 il ərzində müştəri xidmətləri sahəsində uğurlarına görə layiq görüldü.
Mükafatın müstəqil hakimlərinə “Nar”ın yüksək müştəri məmnuniyyətini təmin etmək istiqamətində həyata keçirdiyi irimiqyaslı layihələr haqqında geniş hesabat təqdim edildi. Şirkətin məsafədən göstərdiyi müştəri xidmətləri, yüksək rəqabət olan Azərbaycan bazarında Müştəri Loyallığı İndeksində (Net Promoter Score) liderliyi beynəlxalq münsiflər tərəfindən xüsusi vurğulanıb.
Stevie® Awards 2002-ci ildə ABŞ-da təsis olunub və dünya üzrə biznes sahəsində fəaliyyət göstərən şirkətlərin və şəxslərin nailiyyətlərini qiymətləndirir və uğurlu nümunə kimi tanıdır. Qeyd ki, “Nar” artıq 2-ci dəfədir bu mükafata layiq görülür.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər