BolgeXeber.Com » Xəbərlər » Köhnə məlumatlar niyə tirajlanır və məqsəd nədir?

Köhnə məlumatlar niyə tirajlanır və məqsəd nədir?

26-08-2023, 11:07
Oxunub: 2 808

Biz müntəzəm olaraq bölgələrdəki ekoloji vəziyyətlə bağlı reportajlar hazırlamışıq və araşdırılan bütün məlumatları aidiyyatı üzrə yönləndirmişik. 


Lakin son günlər bəzi işbazlar bütün bu məlumatlardan istifadə edərək qara piyara çevirib. Bir il öncə işıqlandırıb aidiyyatı üzrə verdiyimiz bəzi məlumatlar artıq kimlərsə tərəfindən ayrı-ayrı mətbuat orqanlarına ötürülərək qara piyara çevirilir. Sabirabadda keçən il ağacların qırılması ilə bağlı məlumat araşdırılaraq aidiyyatı üzrə prokurorluğa və polis orqanlarına göndərilib. 


Lakin bu gün niyəsə həmin bu məlumat ayrı-ayrı media orqanlarında tirajlanır və bu məsələdə Ekologiya Nazirliyi və Yerli Ekologiya İdarəsi ittiham olunur. Bu məsələ tamamilə əsassızdır. Çünki bu hadisə baş verən zaman artıq məsələ ilə bağlı tədbir görülərək prokurorluq və polis orqanlarına göndərilib. Amma bu gün bəzi işbazlar bu məsələlərdən istifadə edərək qara piyara çeviriblər.