BolgeXeber.Com » Xəbərlər » Masallıda ağacların kəsilərək tikinti aparılması ilə bağlı məlumat həqiqətə uyğun deyil

Masallıda ağacların kəsilərək tikinti aparılması ilə bağlı məlumat həqiqətə uyğun deyil

30-08-2023, 10:25
Oxunub: 1 952
Masallıda ağacların kəsilərək tikinti aparılması ilə bağlı məlumat həqiqətə uyğun deyil. 

Böyük iddialara səbəb olan və yayılan videoda bəzi uyğunsuzluqlar tapılıb. Belə ki, videoda qeyd olunub ki, 11 saylı Regional Ekologiya İdarəsi bütün bu proseslərə şərait yaradıb. Lakin qeyd edək ki, 11 saylı Regional Ekologiya İdarəsi Lənkəran rayonunda yerləşmir, bu rayonda yerləşən 1 saylı Regional Ekologiya İdarəsidir. 

Məsələ ilə bağlı bildiririk ki, bu ərazidə tikinti, Meşə Təsərrüfatı Birliyi və Yerli Ekologiya İdarəsi tərəfindən bir neçə ay öncə saxlanılıb və xəbərdarlıq olunub, hətta Regional Ekologiya İdarəsi tərəfindən cərimə olunub. Reallığa baxdıqda isə görə bilərik ki, sözügedən ərazidə heç bir ağacın kəsilməsindən söhbət gedə bilməz. Bunların hamısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işinə kölgə salmaq deməkdir. Əməkdaşlarımız sözügedən ərazidə olublar və müşahidə ediblər ki,  bu tikinti işlərini İcra Hakimiyyətinin əməkdaşları deyil 1 saylı Ekologiya İdarəsi və Meşə Təsərrüfatı birliyinin əməkdaşları dayandırıblar. 

Yayılan məsələlər isə narazılıq və qara piyar yaratmaq üçün yayılan əsassız böhtandır.