BolgeXeber.Com » Xəbərlər » Ceyhun Bayramov Türkiyəni təbrik etdi

Ceyhun Bayramov Türkiyəni təbrik etdi

30-08-2023, 14:30
Oxunub: 1 632
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qardaş Türkiyəni Zəfər günü münasibətilə təbrik edib.

Bolgə.TV xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

"Bu gün qardaş Türkiyənin İstiqlal Savaşındakı əzm və qəhrəmanlığı ilə əldə edilmiş şanlı qələbəsinin təcəssümü olan Zəfər Bayramının 101-ci ildönümü qeyd olunur.

Bu münasibətlə təbriklərimi çatdırır, şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anıram", - paylaşımda qeyd olunub.