BolgeXeber.Com » Xəbərlər » Bu gün Binəqədidə qaz kəsiləcək

Bu gün Binəqədidə qaz kəsiləcək

1-09-2023, 10:08
Oxunub: 1 800
Bu gün Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bolgə.TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi rayonu, A.Zeynallı küçəsində 3 ədəd siyirtmənin hündürlüyə qaldırılması və Füzuli küçəsində 1 ədəd siyirtmənin quraşdırılması ilə əlaqədar sentyabrın 1-də saat 10:00-da qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi DSK yolu, M.S.Ordubadi, M.Aslanov, M.Füzuli və A.Zeynallı küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.