BolgeXeber.Com » Xəbərlər » Çovdarovun əmlakları yenidən müsadirə edildi

Çovdarovun əmlakları yenidən müsadirə edildi

1-09-2023, 17:06
Oxunub: 1 952
Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi, general-mayor Akif Çovdarovun əmlakları yenidən müsadirə edilib.

Bolgə.TV Report-a istinadən xəbər verir ki, bu barədə qərar hakim Mirzəli Abbasovun sədrliyi keçirilən prosesdə elan edilib.

Yeni qərara əsasən A.Çovdarovun 8-ci kilometr bazarı da daxil olmaqla 30 milyonluq əmlakı dövlət nəfinə müsadirə edilib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunub. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib. Daha sonra o, general rütbəsindən məhrum edilib. O, 2020-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.