BolgeXeber.Com » Xəbərlər » Koronavirusa yoluxma sayı artır - ÜST

Koronavirusa yoluxma sayı artır - ÜST

2-09-2023, 15:40
Oxunub: 2 824
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) avqust ayında koronavirusa yoluxma sayında artım olduğunu bildirib.

Bolgə.TV xəbər verir ki, ÜST-ün hesabatına görə, bu artım ötən aylarla müqayisədə 38% çoxdur.

Ümumilikdə, son 1 ayda dünyada 1,4 milyondan çox insan virusa yoluxub, 1800-dən çox insan virusun qurbanı olub.

Hesabatda həmçinin bildirilib ki, COVİD-19-dan ölüm sayında 50% azalma var.