BolgeXeber.Com » Xəbərlər » Bakının bu rayonunda su olmayacaq - Səbəb

Bakının bu rayonunda su olmayacaq - Səbəb

4-09-2023, 14:20
Oxunub: 1 856
Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar bu gün gün ərzində Sabail rayonunun Şıxov, Bibiheybət qəsəbələri və 20-ci Sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bolgə.TV xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Agentlik yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.