BolgeXeber.Com » Xəbərlər » Ermənilər Kəlbəcəri yenə atəşə tutdu

Ermənilər Kəlbəcəri yenə atəşə tutdu

5-09-2023, 09:40
Oxunub: 1 792
Sentyabrın 5-i saat 01:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bolgə.TV xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - nazirlikdən qeyd olunub.