BolgeXeber.Com » Xəbərlər » İstehlaka yararsız 62 ton süd məhsulları məhv edildi

İstehlaka yararsız 62 ton süd məhsulları məhv edildi

5-09-2023, 10:45
Oxunub: 1 080
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız 62 ton süd məhsullarını məhv edib.

Bolgə.TV xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Sun Food MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 62.1 ton müxtəlif növ süd məhsulu EkoSum MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.