BolgeXeber.Com » Xəbərlər » Azərbaycana qar yağdı

Azərbaycana qar yağdı

9-09-2023, 17:05
Oxunub: 2 096
Milli Hidrometeorologiya Xidmətinin senytabrın 9-u saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Daşkəsən Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Oğuz, Qəbələ, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Cəfərxan, Hacıqabul, Yardımlı, Lənkəranda şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.

Bolgə.TV xəbər verir ki, xidmətdən verilən məlumata görə, Şahdağda 3500-3700 metr yüksəkliklərə qar yağması müşahidə olunub.